Sığortanı bizdən əldə et!

HAMI ÜÇÜN
ETIBARLI
SIĞORTA

Sorğu göndər

BIZ FƏALIYYƏTIMIZI 2019 ILDƏ BAŞLADIQ

Məhz o zaman “Buta Broker” sığorta fəaliyyəti ilə məşğul olmaq üçün dövlətdən lisenziyanı əldə etdi.

Biz 4 ildən artıqdır ki, sığorta bazarında çalışırıq və mövcudluğumuz boyu aparıcı şirkət olmuşuq. Əməkdaşlarımız sığorta sahəsində 10 ildən artıq təcrübəyə malikdirlər və öz işinin əsl peşəkarlarıdırlar. 4 il ərzində biz 2000-dən çox sorğuları yerinə yetirə bildik və artıq dostumuz olmuş 50-dən çox korporativ müştərinin etimadını qazandıq!

2023-cü ilin sonunda şirkətin tarixində, bəlkədə, ən vacib qərarlardan biri qəbul edilmişdir - institusional inkişafa doğru istiqamət götürmək. Hədəf - həm fərdi, həm də korporativ segmentdə güclü və universal şirkətə çevrilmək, bazarda ən yüksən xidmət səviyyəsini nümayiş etdirmək, müştərilər və tərəfdaşlar ilə sağlam münasibətlər qurmaq və bütün bunları cəlbedici qiymət siyasəti çərçivəsində təmin etmək.

KPI (effektliyin əsas göstəriciləri) və CRM (Müştəri münasibətlərinin idarə edilməsi) sistemlərinin tətbiqi, şirkətin idarəedilməsini yeni səviyyəyə qaldırdı. Bir çox proseslərin təkmilləşdirilməsi isə, risklərin idarəedilməsini, sənədlərin rəsmiləşdirilməsini, sığorta hadisələlərin ekspertizasını və, ən əsası, sığorta ödənişlərini sürətləndirməyə imkan verdi.

Qarşıda hələ çox görülməli işimiz var, amma biz artıq nəticələri görürük və mən inanıram ki, bizimlə iş birliyini başlayıb, Siz əmin olacaqsınız ki, bu boş sözlər deyil və "nəyə görə məhz Buta Sığorta Brokeri?" sualının dəqiq cavabını biləcəksiniz.


Hörmətlə,


Buta Sığorta Brokerin səhmdarı və direktoru,


Abas İ. Miskərli

şİrkətİmİzİn üstünlüklərİ

Hüquqİ müdafİə

Sığorta qanunvericiliyi - bizim ixtisasımızdır, ona görə də siz sığorta müqavilənizin bütün qüvvədə olduğu müddət ərzində bizim hüquqi müdafiəmiz nəzarətindəsiniz.

Bİz özümüzü 1 mİllİon manat məbləğİndə sığortalamışıq

Biz broker işinin nə qədər vacib olduğunu başa düşürük və səhvimizin müştərilərimiz üçün böyük itkilərlə nəticələnə biləcəyini anlayırıq. Buna görə də şirkətimizə 1 milyon manat məbləğində peşə məsuliyyətinin sığortasını əldə etdik

daİmə yanınızdayıq

Qəza və ya hər hansı böhran vəziyyətində biz sizinlə 24/7 əlaqədəyik.                                                                                                                                                                                                                   

hər zaman asan

Gəlin etiraf edək ki, sığorta alışı baş ağrısıdır — tariflər, təminatlar, risklər, franşıza, istisnalar, sığorta şirkətlərinin çevikliyi,  prosedurların şəffaflığı və s. Bütün bunları biz öz üzərimizə götürürük — təklifləri incələyərək, düzgün seçim etməkdə köməklik edirik.

qənaət

Düzgün tərtib edilmiş sığorta proqramına görə, əksər hallarda sığortanı birbaşa sığorta şirkətindən almaqdansa, bizim vasitəmizlə almaq daha sərfəlidir. Bu, xidmətlərimizi seçmək üçün ən güclü arqumentdir.                                                                                                             

İş prosesi

addım-addım

MƏLUMATLARIN TOPLANMASI

Saytımızdakı ərizə formasını doldurursunuz. Bu bir dəqiqədən çox çəkməyəcək.

İLKİN DANIŞIQLAR

Sorğunuzu alırıq, təhlil edirik və sizinlə tanışlıq görüşü təyin edirik.

TƏKLİFLƏRİN HAZIRLANMASI

Sizin sığorta ehtiyaclarınızı dəqiq təhlil edərək biz sığorta bazarının liderlərindən fərdi təklif hazırlayırıq

TENDERİN KEÇİRİLMƏSİ

Sizə rahat olan vaxta görüş təyin edib, ən səmərəli variantın seçilməsinə dair məsləhətimizi veririk.

XƏBƏRLƏR

Yeni Korporativ Müştərimizə Tibbi Sığorta Məhsulumuzun Uğurlu Təqdimatı

Dünən biz yeni korporativ müştərimizə Tibbi Sığorta məhsulumuzu təqdim edən maraqlı bir təqdimat keçirdik. Tədbir zamanı sığorta təminatı ilə bağlı ən vacib məqamları izah etdik, sığortaçı ilə işimizin prosedurlarını açıqladıq və əsas məqamı - istisnaları vurğuladıq.

Abas Miskərli yeni nəsillə ünsiyyət qurur: ADA Universiteti Tələbələrinə Qısa Müsahibə

Baş direktorumuz bu yaxınlarda ADA Universitetinin iki ikinci kurs tələbəsinə müsahibə verdi. Liderlik və problemlərin həlli mövzularını araşdıran müzakirə gələcək istedadların yetişdirilməsi və inkişaf mədəniyyətinin təşviq edilməsi öhdəliyini nümayiş etdirdi.

Baş direktor Baku.ws portalına müsahibəsi 

“Buta Sığorta və Təkrarsığorta” brokerinin sahibi Abas Miskərlı karyerası və şirkətin uğurlarından danışıb.

İşİmİzİn İstİqamətlərİ

Aşağıda həyatda ehtiyac duya biləcəyiniz ən iri sığorta növlərini təqdim etdik.

Bizimlə əlaqə saxlayaraq daha incə və ixtisaslanmış sığorta növləri üzrə ətraflı məlumat ala bilərsiniz.

BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
VƏ BİZ SİZİN ÜÇÜN ƏN MÜNASIB SIĞORTA MƏHSULUNU TAPARIQ!

Biz sığorta proqramlarını fərdi şəkildə yaradırıq

Proqramlarımız ailənizi və biznesinizi gözlənilməz hallarda maliyyə cəhətdən qorumağa kömək edir

CRM-форма появится здесь

BİZİM TƏRƏFDAŞLAR